Azərbaycanda avtomobillər kəskin bahalaşdı – SİYAHI
24
may
2018
16:52
May ayında Bakının avtomobil bazarında orta qiymət 27106 manat təşkil edib. Aprel ayı ilə müqayisədə qiymətlər 19 faiz artıb.BAKU.WS xəbər verir ki, bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.O bildirib ki, ay ərzində ümumilikdə 1572 avtomobil satışa çıxarılıb:“Aprel ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli 22,5 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 88,2 faizi benzin mühərrikli avtomobillər olub”. Ekspertin sözlərinə görə, bu kateqoriyalı avtomobillərin orta qiyməti 26 394 manat təşkil edib.Dizel mühərrikli avtomobillər bazarın 11,8 faizinə bərabər olub. Orta qiymət isə 32 409 manat təşkil edib:“Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 67,6 faiz, orta qiyməti 35 543 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 32,4 faiz, orta qiymət 9 725 manat təşkil edib”.N.İbrahimov deyib ki, hesabat dövründə bazardakı avtomobillərin orta yürüş göstəricisi 181,78 min kilometr olub. Bu göstərici ötən ayla müqayisədə 3,2 faiz azdır. Avtomobillərin orta yaşı isə 11,3 il təşkil edib.BAKU.WS
Oxşar xəbərlər
Avtomobil bazarında SON DURUM - Təkliflər azalıb, bəs qiymətlər?
2018-ci ilin aprelində Bakının avtomobil bazarında orta qiymət 27 106 manat təşkil edib.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətin...