Türkiyə Rusiya istehsalı olan koronavirus peyvəndini almaqdan imtina edib

Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı hazırlanmış Rusiya istehsalı olan peyvəndi almaqdan imtina edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, Rusiya istehsalı olan peyvənd adenovirusludur: “Problem peyvəndin GLP tələblərinə cavab verməməsindən qaynaqlanıb. Bu səbəblə ÜST və dünya ölkələri bu peyvəndi ala bilməz”.
F. Qoca Rusiya istehsalı peyvəndin Türkiyədə lisenziya ala bilməyəcəyini də vurğulayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyənin səhiyyə nazirinin peyvəndlə bağlı fikirlərinə münasibət bildirib. O qeyd edib ki, koronavirusa qarşı Rusiya peyvəndinin testi və sınağının nəticələri onun effektliyini və etibarlılığını göstərir.
"Birmənalı olaraq Rusiya peyvəndinin testlərinin və sınaqlarının nəticələri onun effektliyini və etibarlılığını göstərir", - deyə D. Peskov vurğulayıb.
Oxşar xəbərlər
Bill Qeyts pandemiyanın sona çatacağı tarixi açıqlayıb
“Microsoft” şirkətinin sahibi Bill Qeyts “Sinqapur Fintech Festival”ında COVİD-19 virusu və peyvəndi ilə əlaqədar açıqlamalar verib. BAKU.WS-in Haber Türk-ə ist...
