"Trendyol" sifarişləri gecikir - Quru yolla daşınır?
Yeniliklərdən dərhal xəbərdar olun
"Trendyol" üzərindən edilən sifarişlərin Azərbaycana çatdırılmasında gecikmələr yaranıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, son günlər bir çox müştərilər sifarişlərin əvvəlki dövrlərlə müqayisədə daha gec çatdırılmasından şikayətlənir.
Onların bildirdiyinə görə, əvvəllər sifarişlər təxminən 7-10 gün ərzində Azərbaycana çatdırılırdısa, hazırda bu müddət 15 günə, bəzi hallarda isə bir aya qədər uzanır.
Yayılan iddialarda gecikmənin malların əvvəlki kimi hava yolu ilə deyil, quru yolla daşınması ilə əlaqəli olduğu bildirilir.
Belə ki, daşınma üsulunun dəyişməsinin, eləcə də sərhəd-keçid məntəqələrində sıxlıqların yaranmasının logistika zəncirində fasilələrə səbəb olduğu bildirilir.
Məlumat hələlik rəsmi şəkildə təsdiqlənməsə də, şirkət tərəfindən açıqlama veriləcəyi gözlənilir.
Oxşar xəbərlər
Burada dəniz qurtarmır, quru başlayır - "Sükut adası"ndan reportaj
Uzun yoldan heç vaxt qorxmamışam. Hər gün şəhərin mərkəzinə 2 saat, bəzən daha çox yol gedib-gələn biri üçün bu, normaldır. Əsas odur ki, yol boyu nə edəcəyimi...