Tramp ölü sayı ilə bağlı rəqəmləri yenə dəyişdirdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp koronavirusdan gözlənilən ölüm sayı ilə bağlı təxminlərini yenə dəyişdirib.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, daha öncəki açıqlamasında ABŞ-da koronavirusdan ölüm sayının 100-200 min arası olacağını gözlədiyini deyən Tramp, indi isə bu rəqəmin 80-90 minə çatacağını deyib.
ABŞ Prezidenti koronavirusla mübarizənin uğurlu davam etdiyini deyib və karantin tədbirlərinin ştatlarda mərhələli şəkildə aradan götürüləcəyini deyib.
Tramp peyvəndin isə 2020-ci ilin sonlarında hazır olacağını da söyləyib.
Xatırladaq ki, Tramp 30 martdakı açıqlamasında bunları demişdi:
“Biz heç bir şey etməsəydik, 2 milyondan çox insanın ölməsi gözlənilirdi. Amma 100-200 min arası ölüm olarsa, biz yaxşı iş bacardıq deməkdir”.
Oxşar xəbərlər
Virusdan xilas yolu tapılır – Azərbaycanlı həkim YENİ ELMİ NƏTİCƏni şərh edir
Son günlərdə COVID-19 peyvəndi ilə bağlı elmi tədqiqatlarda da aşkar canlanma hiss olunur. Bu istiqamətdə fərqli mərhələlərdə olan elmi tədqiqatlar da davam edi...