"Toyota Prius"da 92 kq mənşəyi məlum olmayan ət aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və DİN-in Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Ağdam rayonu, Təzəkənd stasionar postunda Rüstəmov Sabir Samir oğluna məxsus "Toyota Prius" markalı avtomobilə baxış keçirilən zaman 92 kq iribuynuzlu heyvan cəsədi aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən olunub.
"Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir",- deyə Agentlikdən əlavə edilib.
Oxşar xəbərlər
Bakı axşam saatlarında - Küçələr insan selindən daşdı
Hər gün axşam saatlarında Bakı küçələrində insan seli axın edir. Sakinlər dayanacaqlarda mənzilbaşına çatmaq üçün səbrsizliklə avtobus gözləyirlər. Vətəndaşları...
