“Tibbi maska koronavirusdan müdafiə etmir” - ÜST
“Sağlam insanların maska taxmağına ehtiyac yoxdur, tibbi maskanın özü isə koronavirusa qarşı müdafiəni təmin edə bilmir”.
BAKU.WS qafqazinfo-ya istinadən bildirir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç deyib.
Yazareviç qeyd edib ki, maskaları xəstə insanlar taxmalıdır ki, virus yayılmasın. ÜST nümayəndəsi xatırladıb ki, maska etibarlı müdafiəni təmin etmir və digər tədbirlərlə bərabər istifadə olunmalıdır. Onun sözlərinə görə, maska taxan insanlarda “yanlış təhlükəsizlik hissi” yaranır və onlar digər ehtiyat tədbirləri barədə unudurlar.
Bundan başqa, Yazareviç əlavə edib ki, qoruyucu vasitələr ilk növbədə tibb işçilərinə lazımdır, ona görə də bu malların adi vətəndaşlar tərəfindən kütləvi şəkildə alınmasına məhdudiyyət qoyulmalıdır.
Oxşar xəbərlər
Ermənistanda koronavirusa yoluxanların sayı artır - Qonşu ölkələrdə son durum
Ermənistanda koronavirusa yoluxanlarn sayı 571 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, ölkədə sutka ərzində daha 39 nəfər virusa yoluxub. Ölkə üzrə pandemiyadan...