"Tibbi göndəriş 24 saat ərzində təsdiqlənir" - İTS rəsmisi
Özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndərişin təsdiqi Agentlik tərəfindən həyata keçirilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov media nümayəndələri üçün keçirilən təlimdə BAKU.WS-ə bildirib ki, göndəriş 24 saat ərzində təsdiqlənir və bu barədə vətəndaşa SMS kod göndərilir.
Bundan sonra pasiyent istədiyi özəl tibb müəssisəsini seçə bilir.
Onun sözlərinə görə, göndəriş mexanizmi yalnız xəstənin ixtisaslaşmış xidmətdən istifadəsini təmin etmir, eyni zamanda tibbi resursların səmərəli bölüşdürülməsi və sistem üzrə vahid qərarvermənin formalaşmasına xidmət edir.
Şəhanə Xankişiyeva
Qalereya
Oxşar xəbərlər
Xırdalan bazarında YOXLAMA
Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində fəaliyyət göstərən "Qar-Daş...