Təhsil naziri kollec direktorunu işdən çıxardı

Təhsil naziri kollec direktorunu işdən çıxardı
Sosial 1136

Bakı şəhəri Nizami rayonunda yerləşən Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib.

Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, kollecin ərazisindəki futbol meydançasının üzərində "İnteks MMC” şirkəti tərəfindən yeni yaşayış kompleksinin inşaat işlərinə başlanılıb. Bununla əlaqədar təhsil müəssisəsinin binasının  zirzəmisində və bəzi sinif otaqlarında çatlar yaranıb. Tikinti işlərinə cəlb olunan  texnikanın kollecin tədris binasına çox yaxın olması, özül üçün qazıntı işlərinin aparılması binanın möhkəmliyinə zərər yetirib.

Aparılan tikinti işləri tədris prosesinin gedişinə ciddi maneə törətməklə yanaşı kollecin pedaqoji və tələbə kontingentinin həyat və sağlamlığı üçün təhlükə törədir.

Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılov  səhlənkarlıq göstərərək  kollecin ərazisinə müdaxilənin qarşısının alınması üçün lazımı tədbirlər görməmişdir. Yol verdiyi nöqsanlara görə A.Mayılov təhsil nazirinin müvafiq əmri ilə 23 sentyabr 2016-cı il tarixində tutduğu vəzifədən  azad edilmişdir. Qeyd olunan ərazidə tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında  məsələ  qaldırılmışdır.

Təhsil müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edənlər birmənalı şəkildə qəbul etməlidir ki, bu cür hərəkətlərlə təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olurlar. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcəkdir.

Şahin Həbibov

BAKU.WS

Təhsil naziri kollec direktorunu işdən çıxardı

Təhsil naziri kollec direktorunu işdən çıxardı

Təhsil naziri kollec direktorunu işdən çıxardı

Təhsil naziri kollec direktorunu işdən çıxardı

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tələbələr kirayə dərdindən xilas olacaq

Tələbələr kirayə dərdindən xilas olacaq

Təhsil Nazirliyi yaxın bir neçə həftə ərzində Bakıda təxminən 1000 tələbə yerlik, müasir yataqxananın tikintisinə başlamağı planlaşdırır. Trend-in məlumatına g...

1980 Sosial 15:51 16 sentyabr 2016

Son xəbərlər