Teymur Musayev: Süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər
Qlobal səviyyədə səhiyyə böhranı və pandemiyalar müsbət dəyişikli imkanları daraldır.
Bunu səhiyyə naziri Teymur Musayev XII Qlobal Bakı Forumunda çıxışında deyib.
O bildirib ki, bu, həm də müxtəlif müəlicə üsulları və peyvəndlərin yaranmasını zəruri edir:
"Səhiyyə sisteminin gələcəyi texnoloji inkişaf və fərdiləşmiş dərman istehsalı istiqamətinə yönələcək. Bizə artıq süni intellekt yoldaşlıq edir. Hətta süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər".
Nazir eyni zamanda süni intellektin qanunvericilikdə əks olunmasının önəmli olduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü BAXIMSIZ HALDA
Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində Azərbaycanın neft milyonçularından biri olan Şəmsi Əsədullayevə məxsus tarixi bağ evi baxımsız vəziyyətdədir. Bakı...