“Tərtər işi” ilə bağlı zərərçəkənlərin sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi sosial media səhifələrində şərti olaraq “Tərtər işi” adlandırlan cinayət işinə dair həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Bu barədə BAKU.WS-ə Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Paylaşılan məlumatlarda istintaq olunmuş 3 cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 700 nəfər göstərilsə də, bildirilib ki, həmin hadisələrə dair 2 cinayət işi üzrə 452 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edilən cinayət işləri üzrə 9 nəfər təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş digər şəxslər və cinayət xarakterli xüsusatlar üzrə cinayət təqibi davam etdirilir.
Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən dövlət qurumları ilə dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...