Temperatur enir, yağış, şimşək, dolu gözlənilir - Proqnoz

Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 32-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Nazirlikdən ixtisas seçimi ilə bağlı VACİB XƏBƏR
Ölkə üzrə musiqi və incəsənət məktəblərinə qəbulun imtahan mərhələsi başa çatsa da, növbəti mərhələ - ixtisas seçimi və şagirdlərin məktəblərə yerləşdirilməsi h...