Təhsil Nazirliyi magistraturada əyani dərslərin başlaması məsələsinə aydınlıq gətirib
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil Nazirliyi ali məktəblərin magistratura səviyyəsində əyani dərslərin nə vaxt bərpa olunacağı məsələsinə aydınlıq gətirib.
BAKU.WS xəbər verir ki, Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin 15 fevral tarixindən ali təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunması nəzərdə tutulub. Həmin qərar magistratura səviyyəsində təhsil alanlara da şamil olunur.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...