Təhsil eksperti: "Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər"
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil eksperti Bəxtiyar Nəcəfov dini dünyagörüşlər arasında fərqin məktəbdə ciddi ziddiyət yarada biləcəyini hesab edir.
BAKU.WS xəbər verir ki, o, bu barədə "Baku TV"nin "Aktual gündəm" verilişində açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri mövzusundakı müzakirə zamanı danışıb.
B.Nəcəfov təhsil sistemində dinin əleyhinə olduğunu da bildirib:
"Düşünürəm ki, bu, uşaqlara qarşı təzyiqdir. Uşaqlara azad yaşamaq və düşüncə tərzi verilmir. Bəlkə uşaq böyüyəndə öz dünyagörüşünü fərqli formalaşdıracaq. Dində uşağa azad seçim verilməlidir. Təhsil almalı, dünya və dini görüşünü özü formalaşdırmalıdır. Təbii ki, müəyyən yaşa çatdıqdan sonra öz seçimini etməlidir".
Oxşar xəbərlər
Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT
Hazırda Bakı ərazisində yağışlı hava şəraiti müşahidə olunur ki, belə hava hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyət...