Təhlükəsizlik Xidmətindən “WhatsApp+”la XƏBƏRDARLIQ - Pullarınız oğurlana bilər
Azərbaycanda saxta “WhatsApp+” istifadə edənlər böyük problemlə üzləşirlər. Belə ki, onların bank hesablarından pullar yoxa çıxmağa başlayıb.
BAKU.WS xəbər verir ki, pulu oğurlananlar bu məsələdə bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir.
Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada ilk sıralarda qərarlaşır. Bu tətbiqdən istifadə edənlərin çoxluğu problemin nə qədər külətvi olacağını ortaya qoyur.
Mövcud problemlə bağlı Elektron Təhlükəsizlik Xidmətinə müraciət etdik və qurumdan məsələ ilə bağlı çıxış yollarını öyrəndik. ETX-dən BAKU.WS-ə bildirildi ki, vətəndaşlar tətbiqlər yükləyərkən diqqətli olmalıdır:
"Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşların üzləşdiyi maliyyə itkisinin və cihazlarının zərərverici proqramlarla yoluxmasının əsas səbəbinin “WhatsApp+” və bunun kimi rəsmi müəllifi tərəfindən yayımlanmayan və etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verdiyi müəyyən olunub.
Həmçinin müşahidələr göstərir ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək məqsədilə istifadə edir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətlə yanaşmağa çağırır. ETX vətəndaşlara cihazlarına tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, tətbiqləri yükləyərkən verilən icazələri mütləq qaydada nəzərdən keçirməyi tövsiyə edir".
Oxşar xəbərlər
“Whatsapp” kimi digər sosial şəbəkə hesablarımız da oğurlana bilərmi?
Azərbaycanda “Whatsapp” istifadəçilərinin hesablarının ələ keçirilməsi ilə narahatlıq azalmamış insanlar digər sosial sosial şəbəkə hesablarının oğurlanacağı il...