TƏBİB suçiçəyi peyvəndi ilə bağlı ÜST-ə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
“Suçiçəyi peyvəndinin Milli Peyvənd Təqviminə salınması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı qarşısında məsələ qaldırmışıq. Çünki peyvənd təqviminin müəyyən edilməsi ÜST-ün tövsiyəsi əsasında həyata keçirilir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib. O bildirib ki, bu peyvənd digərləri ilə nisbətdə bahalıdır:
“Suçiçəyi peyvəndinin Milli Peyvənd Təqviminə salınması olduqca zəruridir. Çünki bu virus hazırda ölkəmizdə uşaqlar arasında geniş yayılıb. Azərbaycanda peyvəndlərlə əlaqədar mövcud vəziyyətə baxdıqda sözügedən peyvəndin dövlət proqramına salınması əhəmiyyətlidir”.
Oxşar xəbərlər
Azərbaycan "Meymun çiçəyi" bəlasına hazırlıqlıdırmı? - RƏSMİ AÇIQLAMALAR
Dünyanı cənginə alan koronavirus pandemiyası bitməmiş indi də "meymun çiçəyi" virusunun yayıldığı bildirilir. BAKU.WS xəbər verir ki, "meymun çiçəyi" virusu apr...