TƏBİB sədrindən koronaviruslu xəstələrlə bağlı açıqlama
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ATU Tədris Terapevtik Klinikasında olub.
BAKU.WS xəbər verir ki, universitetdən "report"a verilən məlumata görə, Ramin Bayramlı Klinikada koronavirusdan müalicə alan xəstələr üçün yaradılmış şəraitlə tanış olub.
Eyni zamanda pandemiya ilə mübarizədə aktiv iştirak edən ATU Tədris Terapevtik Klinikasının problemləri ilə maraqlanıb. Ramin Bayramlı həmçinin klinikanın laboratoriyalarında olub, buradakı vəziyyətlə tanış olub, çatışmazlıqlarla maraqlanıb.
ATU-nun Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev R.Bayramlını mövcud durum, xəstələrin müalicəsinin təşkili, həkimlər və tibb personalının vəziyyəti, üzləşdikləri çətinliklər haqqında məlumatlandırıb.
O bildirib ki, klinikanın rəhbərliyi və əməkdaşları ölkəmizdə koronavirusla mübarizə sahəsində dövlət səviyyəsində aparılan işlərə dəstək verir, bu savaşda qalib çıxmaq, xəstələrin həyatını xilas etmək üçün əllərindən gələni edirlər.
Ümumilikdə ATU Tədris Terapevtik Klinikasının COVID-19 pandemiyası ilə mübarizədə klinikanın gördüyü işləri müsbət qiymətləndirilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...