TƏBİB sədrindən koronavirus vaksinlərinin alınması ilə bağlı AÇIQLAMA

TƏBİB sədrindən koronavirus vaksinlərinin alınması ilə bağlı AÇIQLAMA
Sosial 327

“Xəstəliyin daha ciddi həll yolu olan, ölkəmizin vaksinasiyanı daha erkən tətbiq edən ölkələr sırasında olması ilə bağlı tədbirlər görülür”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB-in sədri Ramin Bayramlı deyib. O bildirib ki, vaksinlərin əldə edilməsi ilə bağlı qarşıda 2 yol var:

“Bunlardan biri ikitərəfli, digəri isə çoxtərəfli platformada danışıqların aparılmasıdır. Hər iki istiqamətdə tədbirlər görülür”.

R.Bayramlı qeyd edib ki, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər