TƏBİB: Ölkədaxili uçuşlarda sərnişinlərdən götürülən yaxmalar ödənişsiz olacaq

TƏBİB: Ölkədaxili uçuşlarda sərnişinlərdən götürülən yaxmalar ödənişsiz olacaq
Sosial 266

Ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar üçün ödəniş tələb olunmur.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə”, 1 iyun 2021-ci il tarixli qərarına əsasən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək. Ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.

Oxşar xəbərlər

Nazirlər Kabineti uçuşlarla bağlı yeni qərar qəbul edib

Nazirlər Kabineti uçuşlarla bağlı yeni qərar qəbul edib

Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uç...

2652 Sosial 09:56 02 iyun 2021

Son xəbərlər