Tarixə qovuşan KİNOTEATRLAR - Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrların binalarından da əsər-əlamət qalmayıb. Bəzi binalar ya xarabalığa çevrilib, ya təyinatı üzrə dəyişdirilib, ya da yerində yaşayış evləri tikilib. İnsanlar həm Əli aşından, həm də Vəli aşından olublar...
Maraqlıdır, rayon və kəndlərimizdə kinoteatrların bərpası düşünülürmü?
BAKU.WS xəbər verir ki, Mədəniyyət Nazirliyindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, rayonlardakı kinoteatrlar özəlləşdirilməyə verilib:“Bir neçə kinoteatr binası istisna olmaqla rayonlarda yerləşən, Mədəniyyət Nazirliyinin tabeliyindəki kinoteatrlar Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə özəlləşdirməyə təqdim olunub və özəlləşdirilib. Təmiri və yenidən qurulması əsaslı vəsait qoyuluşu tələb edən, hazırda nazirliyin balansındakı kinoteatrların bərpası diqqətdə saxlanılır və gələcəkdə bu istiqamətdə müvafiq işlərin görülməsi nəzərdə tutulub”.
Oxşar xəbərlər
“EY İlin İş Adamı” müsabiqəsinin mükafatçısı Zaur Darabzadə: “Fürsətlər öz-özünə yaranmır, onları yaradan bizik” - FOTO
“EY Azərbaycan” şirkətinin ölkəmizdə təşkil etdiyi "EY İlin İş Adamı" müsabiqəsinin məqsədi əzm və dayanıqlılıq nümayiş etdirən sahibkarları qiymətləndirməkdir....
