Tapılan qızlar sığınacağa yerləşdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən gecə saatlarında Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalar nəticəsində tapılan 2 azyaşlı qız "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Qeyd edilib ki, polis əməkdaşlarının iştirakı ilə dünən 2 azyaşlı təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiya keçməsi məqsədi ilə sığınacağa qəbul olunub: "Tərəfimizdən dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hazırda vəziyyətləri orta stabildir, psixoloji gərginlikləri var".
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...