Tanınmış jurnalist ATV-dən getdi - FOTO

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) Xəbərlər Departamentinin redaktoru Nicat Sadıqlı telekanalla yollarını ayırıb.BAKU.WS xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib. N.Sadıqlı səhhətindəki problemə görə işdən ayrıldığını bildirib:
“Əziz dostlar, bu gün 8 il çalışdığım ATV telekanalından öz istəyimlə ayrıldım. Necə deyərlər, tarix baxımından az olsa da, insan ömrü baxımından az müddət deyil. Bu müddət ərzində “ATV Xəbər” proqramında mənə həvalə olunan redaktor, baş redaktorun müavini, şef redaktor vəzifələrinin öhdəsindən gəlməyə çalışdım. Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. Bir az səhhətimə fikir verməliyəm, hər şey düzələndən sonra yola davam edərik”.

Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...