Tanınmış marketdə vaxtı keçmiş məhsullar satılır
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın mərkəzində, Nizami küçəsində yerləşən məşhur marketlər şəbəkəsinin filialında hazır qidalar vaxtı ötmüş şəkildə satılır.
BAKU.WS xəbər verir ki, Baku TV-nin əməkdaşı sözügedən marketdə olub, araşdırma aparıb.
Obyekt müdirinin buna reaksiyası isə sərt olub.
Məsələ ilə bağlı marketlər şəbəkəsinin mətbuat xidmətindən bildirilib ki, mağazalarında mütəmadi olaraq keyfiyyətə nəzarət mütəxəssisləri və mağaza əməkdaşları tərəfindən yoxlamalar aparılır:
"Hər hansı uyğunsuzluq olarsa, dərhal aradan qaldırılır. Sözügedən məsələ tərəfimizdən araşdırılıb və zəruri tədbirlər görülüb".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, qeyd olunan görüntülər qurum tərəfindən nəzarətə götürülüb: "Hazırda araşdırmalara başlanılıb. Nəticələr barədə məlumat veriləcək".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb
Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu barədə BAKU.WS-ə Bakı Metropolitenindən bild...