Tanınmış jurnalistə Dövlət Komitəsində vəzifə verilib
04
dek
2024
17:59
Tanınmış jurnalist Cəmaləddin Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində vəzifəyə təyin olunub.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, C.Quliyev Dövlət Komitəsində sektor müdiri vəzifəsinə təyinat alıb.
C.Quliyev əvvəllər "Paritet" qəzetinin baş redaktoru, Prezident Administrasiyasında İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.
Cəmaləddin Quliyev son vaxtlar İran, Türkiyə, Şimali Afrika, Orta Şərqlə bağlı KİV üçün çoxsaylı analitik yazı və şərhlə diqqəti cəlb edirdi.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov polkovniki rəis təyin etdi
Fövqəladə Hallar Nazirliyində yeni təyinat olub. BAKU.WS "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin...