Tanınmış cərrahın xəstələrdən pul tələb etdiyi iddia olunur

Tanınmış cərrahın xəstələrdən pul tələb etdiyi iddia olunur
Video
Sosial 546

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun sabiq yeganə qadın cərrahı Asiman Məmmədova 13 il çalışdığı işindən qanunsuz çıxarıldığını idda edir.

O, üzləşdiyi problemlə bağlı "Xəzər Xəbər"ə müraciət edib.

Asiman Məmmədova bildirib ki, onu xəstədən pul tələb etmək iddiası ilə qanunsuz olaraq işdən azad ediblər.

Öz hüquqlarını bərpa etməyə çalışan cərrah xanım bununla bağlı məhkəməyə də müraciət etdiyini bildirib.

Onun sözlərinə görə, məhkəmə onun xeyirinə, yəni işinə bərpası ilə bağlı qərar qəbul etsə də, hələ də işinə qaytarılmayıb.

İddialarla bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib ki, məhkəmə Asiman Məmmədovanın xeyrinə qərar versə də, apellyasiya şikayəti verilib. Hazırda iş məhkəmə icraatındadır.

İnstitutdan o da qeyd olunub ki, Asiman Məmmədova ilə bağlı xəstələrdən daha öncə pul alınmaları ilə əlaqədar hüquqpozmalara görə şikayətlər olub.

"Şikayətlərdən biri ilə bağlı həkimə 719 saylı əmrlə yazılı xəbərdarlıq verilib. Sonuncu dəfə "tin nyus" səhifəsinin sahibi öz səhifəsində Asiman Məmmədovanın əməliyyat qarşılığında ondan pul tələb etdiyini qeyd edərək, bununla bağlı Səhiyyə Nazirliyinə şikayət edib.

Nəticədə Asiman Məmmədova hüquq mühafizə orqanlarında şikayətin araşdırılmasından özünü qorumaq məqsədilə heç bir təzyiq olunmadan 22 yanvar 2025-ci il tarixdə öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad olunmasını istəyib", - deyə İnstitutdan bildirilib.

Ətraflı süjetdə:

Son xəbərlər