Taksidə tərk edilən uşağın valideyninin kimliyi məlum oldu

Taksidə tərk edilən uşağın valideyninin kimliyi məlum oldu
Sosial 1

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 8-də axşam saatlarında Yasamal rayonu ərazisində taksidə tərk edilən körpənin şəxsiyyəti müəyyən edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

Araşdırmalarla körpəni tərk edən ana - 1995-ci il təvəllüdlü qadın tapılaraq şöbəyə dəvət edilib. Hazırda hadisənin baş vermə səbəbləri və təfərrüatı barədə araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər