Taksi və avtobus sürücülərini üz-üzə qoyan PROBLEM

Taksi və avtobus sürücülərini üz-üzə qoyan PROBLEM
Sosial 176

Sərnişinlərin mənzil başına tez və rahat çatmaları üçün paytaxtın bir çox küçə və prospektlərində avtobusların rahat və maneəsiz hərəkəti üçün avtobus zolaqları çəkilib.

Lakin zolaqların olmasına baxmayaraq, avtobus sürücüləri onlardan istifadə etmirlər.

Sürücülər məsələ ilə bağlı bildiriblər ki, ağac budaqları, avtobus zolaqlarında qoyulan zibil qutuları avtobusların hərəkətinə mane olur:

"Məcburuq ki, zolaqdan kənara çıxaq".

Taksi sürücüləri üçün nəzərdə tutulan dayanacaqlara da avtobus zolağı çəkən müvafiq qurum əslində həmin istiqamətdə demək olar ki, avtobus hərəkəti olmadığını nəzərə almayıb. Ekspertlər deyirlər ki, bu kimi hallar qəbulolunan deyil və problemin həlli zəruridir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 28 May küçəsində zolaq çəkilsə də, hələ ki həmin ərazidə tamamlanma işləri aparılır və elə bu səbəbdən də taksi dayanacağı ləğv edilib.

Avtobusların zolaqdan çıxmasına gəlincə isə AYNA-nın açıqlaması belə olub:

"Manevretmə, geridönmə və müxtəlif maneələrlə rastlaşdığı təqdirdə avtobuslar onlar üçün ayrılmış zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar. Bu kimi hallar olmadığı təqdirdə avtobuslar təşkil edilmiş zolaqla hərəkət etməlidirlər. Bununla bağlı daşıyıcılarla iş aparılır. Onlara sürücülərin sərnişindaşıma və yol hərəkəti qaydalarına riayət etmələri ilə bağlı maarifləndirici söhbətlərin aparılması tapşırığı verilir".

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər