Taksi sürücüləri yolun hər kilometrinə 1 manat tələb edirlər
Bir vaxtlar təmir edilmiş Ağdaş-Zərdab yolu indi bərbad vəziyyətdədir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, Bakı və əks istiqamətə getmək üçün ən qısa məsafə məhz buradan keçdiyi üçün illərdir bu yoldan istifadə edirlər. Lakin hazırkı vəziyyət həm vaxt itkisinə, həm də əlavə xərcə səbəb olur.
Sakinlər bildirirlər ki, rayon mərkəzinə taksi ilə getmək xeyli baha başa gəlir. Taksi sürücüləri yolun vəziyyətini əsas gətirərək, hər kilometr üçün 1 manat tələb edirlər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, həmin yolların yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq, investisiya proqramına daxil edilməsi üçün təqdim olunub. Təkliflərin növbəti illərin investisiya proqramına daxil edilməsi və yolların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycanda breketə görə əsgərlikdən möhlət verilir? - RƏSMİ CAVAB
Son illər Azərbaycanda breket istifadəsi gənclər arasında sürətlə populyarlaşıb. Estetik görünüşə marağın artması, sosial şəbəkələrdə "ideal gülüş" meylinin güc...