Tahir Əmiraslanovdan Turizm Agentliyinə SƏRT İTTİHAM: "2,9 milyon manat silinib"
"Beynəlxalq təşkilatların rəhbərliyində təmsil olunurduq, Dövlət Turizm Agentliyi üç il əlindən gələni etdi ki, bizi bu rəhbərlikdən uzaqlaşdırsın".
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkil etdiyi "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda ictimai dinləmədə "Azərbaycan Milli Kulinariya Assosiasiyası" İctimai Birliyinin sədri Tahir Əmiraslanov deyib.
"Mətbuatda gedən məlumata görə, bizim əvəzimizə gətirilən təşkilatla birlikdə 2.9 milyon manat pul silinib. Guya Azərbaycan mətbəxi dünyada tanıdılıb. Bu pulları, bu vəsaitləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və yaxud Qərbi Azərbaycan İcmasına vermək lazımdır ki, düzgün istifadə edilsin", - Tahir Əmiraslanov bildirib.
Oxşar xəbərlər
Vətəndaşdan klinikadakı müalicə ilə bağlı şikayət: Həkimin iynədən təkrar istifadə etdiyi deyilir
Nəsimi rayonunda yerləşən Bioloji Təbabət Klinikası ilə bağlı ciddi iddialar irəli sürülüb. Baku TV-nin qaynar xəttinə müraciət edən Elyar Musayev bildirib ki,...