Suyun verilişində fasilə yarandı: Gecə də təmir işləri aparılacaq
29
iyn
2023
21:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonunun bir hissəsində (Köhnə Günəşli və ətraf ərazilər) içməli suyun verilişində fasilə yaranıb.
Bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.
"Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakısukanal və Xətai rayon Sukanal idarələrinin qəza briqadaları əraziyə cəlb olunub. Axşam və gecə saatlarında təmir-bərpa işləri davam etdiriləcək", - deyə qurum rəsmisi bildirib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...