Şuşada ən çox hansı ölkədən olan turistlər qalır?
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-avqust ayları ərzində xarici ölkələrdən Azərbaycana gələn turistlər Şuşada 1 535 gecə keçiriblər.
BAKU.WS yeniavaz.com-a istinadən xəbər verir ki, əcnəbi turistlər arasında ən çox Qazaxıstan vətəndaşları Şuşa şəhərində gecələyiblər.
Bu ilin ilk 8 ayında Qazaxıstan vətəndaşları Şuşada 153 gecə keçiriblər. Ən az gecə keçirənlər isə Moldova vətəndaşları olublar - cəmi 1 gecə.
Qeyd edək ki, əcnəbi turistlərin Şuşa şəhərində keçirdiyi gecələmələrin ölkələr üzrə sayı aşağıdakı kimi olub:
Qazaxıstan - 153 gecə;
Macarıstan - 81 gecə;
Rusiya - 64 gecə;
Özbəkistan - 56 gecə;
Qırğızıstan - 34 gecə;
Pakistan - 20 gecə;
ABŞ - 11 gecə;
Belarus - 10 nəfər;
Bolqarıstan - 8 gecə;
Gürcüstan - 7 gecə;
İsrail - 7 gecə;
Böyük Britaniya - 6 gecə;
Birləşmiş Ərəb Əmirlikləri - 6 gecə;
Oman - 5 gecə;
Almaniya - 4 gecə;
İtaliya - 3 gecə;
Litva - 3 gecə;
Misir - 3 gecə;
Moldova - 1 gecə;
Digər ölkələr - 533 gecə.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...