Şuşada 3 mindən çox insan yeni komplekslərə köçürüləcək - RƏSMİ
"Şuşada yeni yaşayış komplekslərinin tikintisi sürətlə gedir. Üçmərtəbəli binalar inşa olunur və planlaşdırılır ki, təxminən 800-900 ailə üçün mənzillər hazır olsun. Növbəti ilin birinci-ikinci rübündə keçmiş məcburi köçkünlərin geri dönüşü başlanacaq və ümumilikdə 3000-dən çox insanın bu komplekslərə köçməsi gözlənilir".
BAKU.WS xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov World Urban Forum 13 çərçivəsində keçirilən "Postmünaqişə dövründə şəhərsalma planlaması: itirilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin qurulması" adlı tədbirdə jurnalistlərə açıqlaması zamanı bildirib.
O qeyd edib ki, eyni zamanda Şuşada sosial infrastruktur da genişlənir:
"Uşaq bağçası artıq fəaliyyətə başlayıb, yaxın vaxtlarda məktəblər istifadəyə veriləcək. Qarabağ Universitetinin incəsənət, turizm və qonaqpərvərlik fakültələrinin Şuşaya köçürülməsi planlaşdırılır. Bu addım təxminən 1500 müəllim və tələbənin şəhərdə daimi məskunlaşması deməkdir.
Bundan başqa, Şuşada böyük bir kompleks layihə (memarlıq baxımından çətin və xüsusi layihə) tikilir və onun gələn ilin əvvəlində tamamlanması gözlənilir. Bu obyekt həm yerli sakinlər, həm də ziyarətçilər üçün açıq olacaq".
Oxşar xəbərlər
Umayra Tağıyeva: "Azərbaycan iqlim dəyişikliyi üzrə Xüsusi Hesabat qərarının hazırlanmasında fəal iştirak edib"
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişikliyi və şəhərlərlə bağlı xüsusi hesabat üzrə qəbul edilən qərarın hazır...