Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır

20
apr
2019
17:29
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq aprel ayının 20-dən 21-nə keçən gecədən etibarən 21-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşudbanu Natəvan küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.Bu barədə BAKU.WS-ə AAYDA-nin Ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata əsasən, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Yəhyə Hüseynov və Rəşid İsmayılov küçələri ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq sözügedən küçələrə yönəldiləcək.Sözügedən ərazidə sıxlıq yaşanması deyə məhdudlaşmanın tətbiq edildiyi ərazidə yaşayan vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillərin sürücülərindən alternativ göstərilən yollardan istifadə etmələri xahiş olunur.Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Oxşar xəbərlər
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılır - XƏRİTƏ
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq aprel ayının 12-dən 13-nə keçən gecədən etibarən 14-ü axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi X...
