Sürücülərin işini rahatlaşdıran xidmət fəaliyyətə başlayır
Azərbaycanda sığorta bazarında ilk dəfə köməkçi xidmət fəaliyyətə başlayacaq. Yeni xidmət qəza baş verəndən sonra bir sıra prosesləri sürücünün yerinə həyata keçirəcək, qarşılığında isə avtomobil sahibi onlara rəsmi ödəniş edəcək.
Qəza törədib nəticələri ilə məşğul olmaq istəməyənlər üçün maraqlı bir xidmət təklif olunur.
Milli.Az anspress-ə istinadən bildirir ki, bu, hazırda Azərbaycanda tətbiq edilməsi düşünülən sığortada yeni servis xidmətin icrası ilə mümkün olacaq. Köməkçi xidmət qəza törətmiş sürücünü istədiyi yerə çatdırmaq, avtomobilin evakuasiyasını təmin etmək, hətta onun təmir etdirib sahibinə qaytarmaq kimi məsələləri əhatə edir.
"Yeni xidmət daha çox vaxt sarıdan qıtlıq çəkənlərə əlverişli olacaq"
Xidmətdən istifadədə bir sıra məhduddiyyətlər nəzərdə tutulub. Qəzada xəsarət alan olmamalıdır və maddi zərər 1000 manatı keçməməlidir. Sürücünün yerinə bir sıra prosesləri icra edəcək yeni xidmət avtomobil sahiblərinə cəmi 200-250 manata başa gələcək və tərəflər arasındakı müqavilə ilə tənzimlənəcək.
Müqavilə öncədən bağlanacaq, ödəmə belə hal baş verərsə, hadisədən sonra yerindəcə həyata keçiriləcək. Ekspertlər düşünürlər ki, yeni xidmətdən istifadədə xüsusi ilə vaxt sarıdan qıtlıq çəkən insanlar üçün əlverişli olacaq. Nəticədə sürücü nə rəsmi qurumlar, nə də sığorta şirkətləri ilə təmasda vaxt itirməyəcəklər. Ekspertlər bunun sığorta şirkətləri ilə yaşanan mübahisələrə də son qoyacağı fikrindədir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə: pulsuz xidmət işə düşdü
"Qarant Sığorta Agentliyi” yeni xidmət işə salıb. Agentliyin rəhbəri Ramin Səmədov BAKU.WS-ə bildirib ki, Azərbaycanda ilk dəfə may ayının 25-dən etibarən age...