Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

Sabah saat 09:00-dan etibarən Bakının Səbail rayonunda - Mehdi Hüseyn, Teymur Elçin, Cəfərov qardaşları küçələrində (Mehdi Hüseyn küçəsindən Mixail Lermontov küçəsinə qədər) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinə qədər) təmir işlərinə başlanılacaq.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçələrdə yolların təmirinə başlanılır
Sabah saat 10:00-dan Bakının Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər), iyunun 10-da isə saat 10:00-dan Bakının Surax...
