Sürücülərin nəzərinə! Sabahdan bu ərazidə hərəkət məhdudlaşdırılacaq
19
may
2020
10:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
20 may tarixindən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Bu gün Bakının girişi bağlanır
Bu gün Bakının şimal istiqamətindən girişində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqəl...