Sürücülərə xəbərdarlıq! Ağsu dolaylarında yollar buz bağlaya bilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecədən ölkə ərazisinə yağmağa başlayan intensiv qar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan və Ağsu dolaylarından keçən hissələrində, eləcə də Muğanlı-İsmayıllı yolunda daha çox müşahidə edilib.
BAKU.WS azərtac-a istinadən xəbər verir ki, yolların qardan təmizlənməsi üçün gecə saatlarından əraziyə texnika və canlı qüvvə cəlb olunub.
Yolun hərəkət hissəsinə duz və qum səpilərək avtomobillərin hərəkəti təmin edilib. Hazırda Ağsu dolaylarında hər iki istiqamətdə yol açıqdır.
Gecə saatlarında şaxta düşərsə, sürücülərin ehtiyatlı olması tövsiyə edilir
Qalereya
Oxşar xəbərlər
Hansı yolları qar bağlayıb?
Avtomobil yollarındakı vəziyyət barədə məlumat verilib.“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə respublika...