Şamaxıya yağan qar sürücülərə çətin anlar yaşatdı - (VİDEO)

12
yan
2018
14:19
Ötən gün günorta saatlarından etibarən Şamaxıya yağan qar bir sıra çətinliklər yaradıb. Xüsusən də dağ kəndlərinə gedən yolların donması hərəkəti də dondurub. BAKU.WS ARB TV-yə istinadən xəbər veirr ki, Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeybəri kəndlərinə gedən yolda avtomobillərin hərəkətində məhduddiyyətlər yaranıb. Bəzi sürücülər avtomobilləri yol kənarında saxlamalı olublar. Bakı -Şamaxı- Yevlax, Şamaxı-Muğanlı-İsmayıllı və Şamaxı-Pirqulu magistrallarında səhər saatlarında donma müşahidə olunub. Əraziyə cəlb olunmuş texnika və canlı qüvvənin köməyi ilə yollar təmizlənib, qum-duz qarışığı səpilib. Hazırda sözügedən yollarda avtomobillər rahat şəkildə hərəkət edir. Bununla belə, gecə saatlarında şaxtalı hava səbəbindən yolların buz bağlayacağı istisna edilmir. Ona görə də avtomobilləri qışa hazırlıqsız olan sürücülərin yola çıxmaması məsləhət görülür. BAKU.WS



Oxşar xəbərlər
Sürücülərin nəzərinə: Bu yollar buz bağladı - FOTO
Yanvarın 10-da günorta saatlarından Şamaxı rayonuna yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb.BAKU.WS APA-ya isti...