Sürət qatarından istifadə edənlərin NƏZƏRİNƏ!
Yeniliklərdən dərhal xəbərdar olun
Son vaxtlar sərnişinlərin ən çox maraq göstərdiyi məsələlərdən biri də "Azərbaycan Dəmir Yolları" QSC-nin qatar parkının yenilənməsi ilə bağlıdır.
BAKU.WS-in məlumatına görə, Bakı və bölgələr arasında hərəkət edən qatarların sayı, komfort səviyyəsi və yeni vaqonların gətirilməsi barədə cəmiyyətdə tez-tez suallar səslənir.
Məsələyə aydınlıq gətirmək üçün "Azərbaycan Dəmir Yolları" QSC-yə müraciət etdik. ADY-dən BAKU.WS-in sorğusuna cavab olaraq bilirildi ki, 2023-cü ildə İsveçrənin "Stadler" şirkətinin istehsalı olan "FLIRT" markalı 10 ədəd yeni müasir qatar ölkəyə gətirilib:
"Test yürüşlərindən sonra qatarlar sərnişinlərin istifadəsinə verilib. Hazırda yeni qatarlar Bakı–Qazax–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə fəaliyyətdədir. Yuxarıda qeyd edilən Dövlət Proqramına əsasən, 2025−2030-cu illərdə 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...