Suqovuşanda məscid istifadəyə verilib, yüzə yaxın insan ibadət edə biləcək

Suqovuşanda məscid istifadəyə verilib, yüzə yaxın insan ibadət edə biləcək
Foto
Sosial 41

Suqovuşan kəndində istifadəyə verilən məsciddə eyni vaxtda yüzə yaxın insan ibadət edə biləcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcmaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

"Məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, həyəti də yaşıllaşdırılıb".

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasiminə qatılıb, 2025-ci il martın 18-də isə açılışında iştirak ediblər.

Son xəbərlər