Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi
Azərbaycanda Müəllimlər günü, 8 mart qadınlar bayramı, yeni il münasibətilə əksər məktəblərdə şagirdlərdən məcburi və ya könüllü şəkildə pul yığılır.
Bütün xəbərdarlıqlara baxmayaraq bu kimi hallar hər il baş verir. Əgər bayram yoxdursa belə, fond pulu, süpürgə pulu, mühafizəçi pulu,xadimə pulu, test pulu adı altında müxtəlif şəkildə qanun pozuntularına yol verilir.
BAKU.WS xəbər verir ki, bu gün “news24.az” saytının redaksiyasına şikayət daxil olub. İddia olunur ki, Sumqayıtda yerləşən 11 nömrəli məktəbin 1R3 sinifində, müəllimlər günü ilə bağlı 37 valideyindən ümumilikdə 851 manat pul yığılıb.
Redaksiyayaya sözügedən sinifdə lövhə, lampa alınması üçün ödənişlər, xadimə üçün, fond pulu yığılması ilə bağlı fotofakt və səs göndərilib.
Məktəb direktoru ilə əlaqə saxlamaq istəsək də cəhdimiz baş tutmadı.
Məsələ ilə əlaqədar Təhsil Nazirliyilə əlaqə saxladıq Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu barədə məlumatları yoxdur. Onun sözlərinə görə, məsələ ilə əlaqədar araşdırmalara başlanılacaq.
“Bu barədə məlumatımız yoxdur. Məsələ barədə mütləq araşdırma aparacağıq”, - deyə C. Valehov bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, ümumiyyətlə ölkədə məktəblərdə heç bir ad adı altında pul yığmaq olmaz:
“İstər fond pulu, istərsə də, hansısa bayram adı altında şagirdlərdən pul yığılması qadağandır. Bu barədə nazirlik məktəb rəhbərliklərinə dəfələrlə xəbərdarlıqlar edib”.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, dövlət məktəblərində təhsil pulsuzdur və bu kimi halların baş verməsi qanun pozuntusu hesab olunur.
Xadimə və mühafizəçilərin pulu isə ştat cədvəlinə əsasən, maaş şəklində verilir. Valideynlərin özlərində də günah az deyil. Zorla müəllimə "hörmət" edib uşağına mehribanlıq göstərməsini istəyənlər, bir-birləri ilə bəhsə girənlər də az deyil.
Lakin, bütün bu halların qarşısı məhz məktəb rəhbərliyi tərəfindən, qanunun tələbinə əsasən alınmalıdır. Rüşvətin əsası orta məktəb divarları arasında, elə birinci sinifdə qoyulursa gələcəkdə o uşaqlar böyüyüb kim olacaqlar?
BAKU.WSOxşar xəbərlər
Bakıda məktəbdə BİABIRÇILIQ
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 307 saylı tam orta məktəbdə şagirdlərdən zorla qanunsuz pullar yığılır.BAKU.WS “unikal.org”a ist...