Tələb olunan pulu verə bilməyən məktəb direktoru damarlarını doğradı

Tələb olunan pulu verə bilməyən məktəb direktoru damarlarını doğradı
Hadisə 5299
Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır.Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıdan Göyçaya toya gedən kişini avtomobil vurub

Bakıdan Göyçaya toya gedən kişini avtomobil vurub

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən gecə rayonun Cəyirli kəndin...

1250 Hadisə 15:38 09 dekabr 2017

Son xəbərlər