Azərbaycanda qadın kredit götürdü, ər pulu alıb aradan çıxdı (VİDEO)

Azərbaycanda qadın kredit götürdü, ər pulu alıb aradan çıxdı (VİDEO)
Video
Sosial 4762

Evi təmir etdirmək üçün bankdan kredit götürən qadın çətin vəziyyətə düşüb. Çünki keçmiş həyat yoldaşı pulu alaraq aradan çıxıb.

BAKU.WS xəbər verir ki, Kəlbəcərdən məcburi köçkün olan və Gəncədə məskunlaşan Pakizə Abbasova evi təmir etdirmək üçün kreditt götürüb. 15 il əvvəl ailəsini ataraq gedən Əsgər Abbasov da elə həmin vaxt yenidən peyda olub. Pakizə Abbasova və yaxınları iddia edirlər ki, keçmiş həyat yoldaşı qadını aldadaraq pulu alıb və qaçıb.

Ailə əsgər Abbasovdan pulu almaq üçün hüquq-mühafizə orqanlarına da üz tutub. Ancaq bunun heç bir xeyri olmayıb. əlac bankın borcunu çətinliklə də, olsa ödəməyə qalıb.

Evi təmir etdirmək istəyən ailə çətin vəziyyətə düşüb.

Məsələ ilə bağlı əsgər Abbasovla da əlaqə saxladıq. O, bütün bu iddiaların yalan olduğunu dedi.

Hüquqşünaslar bildirirlər ki, Pakizə Abbasova məhkəməyə müraciət edərək pulu ala bilər. Şahidlərin ifadələri və pulun verilməsi ilə bağlı yazışmalar, telefon danışıqları da prosesdə əsas sübut rolunu oynayacaq.

Aynur Ələkbərova

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər