Sumqayıtın bir hissəsində qaz kəsiləcək
10
iyn
2026
11:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən BAKU.WS-ə bildirilib ki, şəhərin Xəzər bağları yaşayış massivində, Sürücülük məktəbinin arxasında yerləşən d76 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.
Bununla əlaqədar iyunun 10-da saat 12:00-dan etibarən ərazidə yerləşən təxminən 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...