Sumqayıtda xalça istehsal olunacaq - 2 milyon manat ayrıldı
Sumqayıt şəhərində, Sumqayıt Kimya Sənayesi Parkında yerləşən "Azərxalça" ASC-yə məxsus mövcud xammal anbarı yenidən qurularaq Xalça Emalı Mərkəzinə çevriləcək.
BAKU.WS-in "Azərxalça" ASC-dən əldə etdiyi məlumata görə, layihənin həyata keçirilməsi üçün ehtimal olunan məbləğ 2 milyon manat təşkil edir.
Layihə çərçivəsində binada bir sıra əsas tikinti və yenidənqurma işlərinin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, yenidənqurma işləri başa çatdıqdan sonra obyekt xalça istehsalı və emalı üçün müasir mərkəz kimi fəaliyyət göstərəcək. Bu layihənin regionda istehsal potensialının və məşğulluğun artırılmasına töhfə verəcəyi gözlənilir.
Oxşar xəbərlər
Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
Avqustun 30-u saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda ar...