Sumqayıtda satmaq öhdəliyi ilə daha 188 tam təmirli mənzil vətəndaşlara təklif edilir
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 188 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Yaşayış sahəsi bir, iki və üçotaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.
BAKU.WS fonda istinadən xəbər verir ki, yeni mənzillər seçim üçün bu il dekabrın 15-də saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi və rəsmi "YouTube" kanalından, həmçinin "1549" çağrı mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8 795 kirayə müqaviləsi bağlanılıb.
Oxşar xəbərlər
Bakı Dövlət Universiteti məşhur şirkətdən bir milyon manatlıq inventar alacaq
Bakı Dövlət Universitetinin tədris laboratoriyaları üçün xüsusi inventar, iş dəzgahları və mal-materialların satın alınması məqsədilə keçirilən tenderin qalibi...