Sumqayıtda polis əməkdaşları axşamdan başlayaraq gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Hava şəraiti ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dünən axşamdan başlayaraq gücləndirilmiş iş rejimində çalışırlar.
Qarlı havada hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə polis əməkdaşları səfərbər edilib.
Nəqliyyatın hərəkəti Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır.
Vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Sumqayıt şəhərinin küçə və prospektlərinə yol patrul xidməti avtomobillərinin müşayəti ilə qum, duz səpilir.
Təhlükəsizlik tədbirləri davam edir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...