Sumqayıtda 6 milyon dollarlıq zavod tikilir
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır.
Prezident İlham Əliyevin yanvarın 18-də təməlini qoyduğu zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur.
Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq.
Təməlqoyma mərasimində bildirilib ki, təkcə son 3 ildə Azərbaycana hər il 5-10 min ton sulfat turşusu idxal edilir və bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq. Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycan xaricidən ən çox hansı ərzaq məhsullarını alıb?
2020-ci ildə Azərbaycanın xaricidən ən çox idxal etdiyi əsas ərzaq məhsullarının həcmi açıqlanıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 2020-ci ildə 1 mily...