Sumqayıtda 13 500 abonentin qazı kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda 13 500 abonentin qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi, "Xəzər bağları", "Yeni Kotec", "Köhnə Kotec" adlanan əraziləri, 26-cı məhəllədə və Bulvar küçəsində yaşayan 13 500 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Məlumata görə, buna səbəb Səməd Vurğun küçəsində yeraltı polietilen qaz xəttində aşkarlanan sızmanın qarşısının alınması məqsədilə aparılan təmir işləridir.
Bildirilir ki, qazın verilişi bu gün saat 13:00-dan etibarən təmir işləri yekunlaşanadək dayandırılacaq.
Aidiyyəti qurum sakinlərdən ehtiyatlı olmalarını və yaranmış narahatlığa görə anlayış göstərmələrini xahiş edib.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...