Sumqayıt şəhəri ilə bağlı yeni LAYİHƏ - 1,1 milyon ayrıldı
Sumqayıt şəhərinin yaşayış massivlərində abadlıq və yenidənqurma işlərinin davamı olaraq, "Abad məhəllələrin yaradılması" istiqamətində yeni tender elan edilib.
BAKU.WS-in məlumatına görə, layihə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Layihənin ehtimal olunan dəyəri 1.166.149,16 AZN təşkil edir. Şəhərin 3-cü mikrorayon ərazisində, o cümlədən Söhbətgah adlı ictimai istirahət zonasında abadlaşdırma işləri görüləcək.
Bu işlər şəhərin ümumi abadlıq səviyyəsinin yüksəldilməsini, ictimai məkanların daha funksional və estetika baxımından cəlbedici hala gətirilməsini hədəfləyir.
Layihənin həyata keçirilməsi ilə Sumqayıt sakinlərinin gündəlik rahatlığı, ətraf mühitin təmizliyi və şəhərin estetik görünüşü xeyli yaxşılaşacaq. Xüsusilə "Abad məhəllə" konsepsiyası çərçivəsində həyata keçirilən bu tədbirlər sakinlərin ictimai məkanlardan istifadəsini artırmaq, yaşayış mühitini daha təhlükəsiz və səliqəli etmək məqsədi daşıyır.
Oxşar xəbərlər
Qaz şəbəkəsinə qoşulma və təchizat prosesləri yeni qaydalarla tənzimlənəcək
Nazirlər Kabineti "Qaz təchizatı sisteminə dair Qaydalar"ı təsdiq edib. BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara...