Sumqayıt sakinlərini ölümlə üz-üzə qoyan yol
Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yaşayan sakinlər avtomobillərin sürətlə hərəkət etməsindən narazıdırlar. Onlar iddia edirlər ki, yaşadıqları ərazidə sürət həddi saatda 60 kilometr müəyyən edilsə də, sürücülər buna əməl etmirlər. Bu da qəzaları qaçılmaz edir.
"Hər gün burada hadisə olur. Yollardan keçmək olmur. Uşaqları maşın vurur, məktəbə gedə bilmirlər. Maşınlar sürətlə gəlir, camaatın balasını qırırlar", - deyə sakinlər narazılıqlarını dilə gətiriblər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə inspektoru Şövqi İsmayılov bildirib ki, sözügedən ərazidə radar və sürət nişanlarının hamısı mövcuddur: "Üç patrul maşını da daim orada xidmət aparır. Sürət həddini aşan nəqliyyat vasitələrinə qarşı tədbirlər görülür. Daimi radarların quraşdırılması üçün isə təkliflər verilib. Qısa müddətdə məsələ öz həllini tapacaq".
Daha ətraflı Baku TV-nin materialında:
Oxşar xəbərlər
Diplom üçün tələbələrdən rüşvət aldığı iddia edilən müəllim QOVULDU
Rüşvət aldığı iddia edilən müəllim işdən azad edilib. BAKU.WS Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Gəncə Dövlət Universitetinin (GDU) Mətbuat Xidmə...